AVP-də növbəti qurultay keçirilir

11:13 - 24 Yanvar 2026

AVP-də növbəti qurultay keçirilir

Bu gün Ana Vətən Partiyasının növbəti qurultay keçirilir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə AVP sədri Fəzail Ağamalı xəbər verib.

Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub. Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib. Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb. Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.
Bu gün keçirilən qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir.

Fəzail Ağamalı açıqlamasında bu gün keçirilən qurultayın gündəliyindəki məsələlər və qəbul edilən qərarlarla bağlı yekun rəsmi məlumatın açıqlanacağını bildirib.

Elçin Ağamalı isə bildirib ki, bu qurultay partiyanın akt zalında gizli şəkildə keçirilir, Bakı şəhəri və yaxın şəhər və rayonlardan gələn, əsasən partiyaya heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə keçirilən qurultay qeyri legitimdir və hüquqi mübahisələndirmə üçün növbəti pozuntudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az