Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü 

22:52 - 24 Yanvar 2026

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.


Manset.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.


Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.

Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az