logo
logo logo
logo

İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını etdi - YENİLƏNDİ (FOTOLAR)

17:55 - 17 Sentyabr 2026

İlham Əliyev Şamaxıda \"Pirqulu Park\" hotelinin açılışını etdi - YENİLƏNDİ (FOTOLAR)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.

Manset.az xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinci xanıma hoteldə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb.

Qeyd edək ki, Azərbaycanda turizm sektorunun davamlı və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin zəngin təbii resursları, qədim tarixi-mədəni irsi və nadir iqlim müxtəlifliyi ilə yanaşı, turizm sənayesinin inkişafı ilə bağlı dövlət səviyyəsində görülən işlər Azərbaycanı dünyanın hər yerindən olan turistlər üçün cəlbedici ölkəyə çevirib.


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər.


Manset.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az