logo
logo logo
logo

"Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" - İlham Əliyev

11:40 - 21 Noyabr 2026

\"Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır\" - İlham Əliyev

Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir.


Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə söyləyib.

“Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az