Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

11:47 - 02 Fevral 2022

Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək

Xəbər verdiyimiz kimi Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.

 

Mansetşaz-ın “TRT Haber”ə istinadən məlumatına görə, qanun layihəsi fevralın 3-də TBMM-in Xarici Əlaqələr Komissiyasında müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 1-i “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi Azərbaycan parlamentinin keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az