Bakının Babək prospektində 10-na yaxın avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:10 radələrində prospektin Nizami rayon hissəsindən keçən körpüdə baş verib. Şahidlər bildirir ki, körpünün üzərində aparılan təmir zamanı heç bir işarənin quraşdırılmaması qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.