Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşdü - FOTO

17:09 - 22 Fevral 2022

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşdü - FOTO

Baş nazir Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az