İran və Amerika tərəfləri nüvə sazişi bağlamağa yaxındır.
Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib.
"Biz danışıqlarda razılığa yaxınıq. Qalan məsələlərlə bağlı təkliflərimiz AB-nin müzakirəçiləri vasitəsilə amerikalılara ötürülüb və indi top onlardadır", - o bildirib.