ABŞ "Twitter"i 150 milyon dollar cərimələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Twitter” sosial media platforması şəxsi məlumatları pozduğuna görə 150 milyon dollar cərimələnib.
ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyası şirkəti 6 il ərzində istifadəçilərin şəxsi məlumatlarını reklamçılara satmaqda ittiham edib.
Məlumatların təhlükəsizlik məqsədilə toplandığı, lakin sonradan istifadəçilərə reklamlarla təsir etmək üçün də istifadə edildiyi açıqlanıb.
Tviter 2011-ci ildə imzalanmış müqaviləni pozmaqda da ittiham olunub.
Müqavilə ilə şirkət istifadəçilərin telefon nömrələri və e-poçt ünvanları kimi təhlükəsizlik məqsədləri üçün toplanan məlumatları reklamçılara satmayacağına razılaşıb.
Bununla belə, Tviterin də bu məlumatlardan 2019-cu ilin sentyabr ayına qədər reklamı təkmilləşdirmək üçün istifadə etdiyi vurğulanıb.
Federal prokurorların sözlərinə görə, Tviterdə 140 milyondan çox istifadəçinin belə şəxsi məlumatları var.