Vətən müharibəsində qəhrəmancasına şəhid olan Niyaməddin Ələkbərovun atası dünyasını dəyişib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi şəhidi, kəşfiyyatçı gizir Niyaməddin Ələkbərovun atası İsrafil Ələkbərov bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, kəşfiyyatçı gizir Niyaməddin Ələkbərov 12 iyul 1989-cu ildə Naxçıvan MR Sədərək rayonunda anadan olub. 2016-cı il Aprel döyüşlərində də iştirak edən Niyaməddin Ələkbərov Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib.
Allah rəhmət eləsin!