Gömrük Komitəsinin 2 birinci müavini olacaq - FƏRMAN

15:15 - 18 İyul 2022

Gömrük Komitəsinin 2 birinci müavini olacaq - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

 

Manset.az  xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Dövlət Gömrük Komitəsinin sədrinin bir yox, iki birinci müavini olacaq. 

Belə ki, sözügedən əsasnamənin 5.5-ci bəndinin birinci cümləsindəki “bir” sözü “iki” sözü ilə əvəz edilib. 

Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, ona sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az