"Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib" - KTMT-nin Baş katibi

13:45 - 10 Avqust 2021

\"Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib\" - KTMT-nin Baş katibi

“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

Manset.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir.

S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə monitorinq həyata keçirir.

Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az