“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir” - Ceyhun Bayramov

20:27 - 08 Oktyabr 2022

“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir” - Ceyhun Bayramov

Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az