Ukrayna səfirindən göstərdiyi dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR

15:29 - 10 Oktyabr 2022

Ukrayna səfirindən göstərdiyi dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Manset.az xəbər verir ki, diplomat bu barədə öz feysbuk hesabında yazıb.

"Ukraynanı dəstəklədiyi üçün Azərbaycanı minnətdarıq! Bütün sivil dünya Rusiya Federasiyasının Ukraynanın dinc əhalisinə qarşı törətdiyi növbəti cinayətlərə sərt reaksiya verməlidir. Bu gün “neytral” ölkə yoxdur – təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!", - deyə Kanevski qeyd edib.

Qeyd edək ki, Rusiyanın Kiyevi və ətraf əraziləri atəşə tutması nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az