Blinkenlə İlham Əliyevin telefon danışığı oldu - Mühüm məsələlər müzakirə olundu

20:21 - 10 Oktyabr 2022

Blinkenlə İlham Əliyevin telefon danışığı oldu - Mühüm məsələlər müzakirə olundu

ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. 

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb. Bildirilir ki, Blinken Azərbaycan və Ermənistan tərəfindən davamlı sülh sazişlərinə nail olmaq üçün atılan müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini deyib.

Blinken, həmçinin, oktyabrın 4-də 17 erməni əsirin Azərbaycan tərəfindən azad edilməsini alqışlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az