“Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub” - Sadır Japarov

18:16 - 11 Oktyabr 2022

“Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub” - Sadır Japarov

“Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik”.

 

Manset.az xəbər verir ki, bunu Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

O bildirib ki, Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub: “Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az