İlham Əliyev bu 2 ölkədəki səfirlərimizi geri çağırdı - SƏRƏNCAM

15:18 - 17 Oktyabr 2022

İlham Əliyev bu 2 ölkədəki səfirlərimizi geri çağırdı - SƏRƏNCAM

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışırdı.

***

Prezident İlham Əliyev Fikrət Axundovla bağlı Sərəncam imzalayıb.

Manset.az  xəbər verir ki, Sərəncamla Fikrət Fərman oğlu Axundov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az