Cəbrayılın 11 kəndinin işğaldan azad edilməsindən 2 il keçir - FOTO

00:05 - 19 Oktyabr 2022

Cəbrayılın 11 kəndinin işğaldan azad edilməsindən 2 il keçir - FOTO

44 günlük Vətən müharibəsi zamanı bəzi ərazilərin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

 

Manset.az xatırladır ki, 2020-ci ilin oktyabrın 19-da Cəbrayıl istiqamətində bir neçə kənd işğaldan təmizlənib.

Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli və İsaqlı kəndləri işğaldan azad olunub.

Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvit ataraq elan edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az