Vilayət Eyvazovdan yeni TƏYİNAT

11:15 - 20 Oktyabr 2022

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az