Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındılar - FOTO

14:06 - 21 Oktyabr 2022

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındılar - FOTO

Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.

Türkiyə səfiri Azərbaycan Prezidenti İlham Əliyevin yol qəzası keçirən türkiyəli siyasətçiləri xəstəxanada ziyarət etdiyini vurğulayıb.

“Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - deyə səfir qeyd edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az