İlham Əliyevdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı FƏRMAN

14:32 - 21 Oktyabr 2022

İlham Əliyevdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurası yaradılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az