Prezidentin köməkçisi İstanbulda mühüm görüşlər keçirdi - FOTOLAR

19:08 - 22 Oktyabr 2022

Prezidentin köməkçisi İstanbulda mühüm görüşlər keçirdi - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "Twitter"də paylaşım edib.

Görüş İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində baş tutub.

Bundan əlavə, Hikmət Hacıyev İƏT Baş Katibi Hissein Brahim Taha, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili ilə də ikitərəfli görüşlər keçirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az