Qaribaşvilinin İlham Əliyevə möhtəşəm jesti – FOTO

16:00 - 25 Oktyabr 2022

Qaribaşvilinin İlham Əliyevə möhtəşəm jesti – FOTO

Ötən gün Gürcüstanda səfərdə olan Prezident İlham Əliyevin qarşılanma və yola salınma mərasimi siyasi dairələrdə müzakirə predmetinə çevrilib.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev Tiflisə “rəsmi dövlət” deyil, “işgüzar” səfər etməsinə baxmayaraq, onu hava limanında Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qarşılayıb.

Səfər proqramına Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin ziyarət olunmasının salınması və bu zaman Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Prezident Əliyevi müşayiət etməsi rəsmi Tiflisin siyasi mesajı, Azərbaycanın ərazi bütövlüyünə hörməti və İlham Əliyevə münasibəti kimi qiymətləndirilib, daha sonra hər iki liderin gürcü xalqının milli adət və ənənələrinin nümayiş etdirildiyi tədbirə qatılması da diqqət çəkib.

Gürcüstan hökumətinin ən gözlənilıməz jestinin isə səfərin sonunda baş verdiyi vurğulanır. Belə ki, İrakli Qaribaşvili İlham Əliyevi aeroportdan şəxsən yola salıb. Bu, Gürcüstan dövlət başçısının İlham Əliyevin səfərinə və keçirilən görüşlərin önəminə verdiyi qiymətin təzahürü kimi təqdim edilib.

Qeyd edək ki, İlham Əliyevin səfəri və bu səfər zamanı verilən üstüörtülü mesajlar Ermənistan siyasi müşahidəçilərini xeyli “qıcıqlandırıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az