Azərbaycan XİN İranda dini məbədə hücumu pislədi

00:02 - 26 Oktyabr 2022

Azərbaycan XİN İranda dini məbədə hücumu pislədi

Azərbaycan Respublikası XİN İranda dini məbədə terror hücumunu pisləyib.

 

Manset.az xəbər verir ki, bu barədə məlumat qurumun Tvitter hesabında yerləşdirilib.

“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgajhında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir” deyə bəyanatda qeyd edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az