BMT ərazilərin minalardan təmizlənməsi ilə bağlı Azərbaycana strateji təkliflər verir - AÇIQLAMA

20:22 - 27 Oktyabr 2022

BMT ərazilərin minalardan təmizlənməsi ilə bağlı Azərbaycana strateji təkliflər verir - AÇIQLAMA

“Mən Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının ildönümünün qeyd edilməsindən böyük məmnunluq duyuram”.

 

Manset.az xəbər verir ki, bunu BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Vladanka Andreeva BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunan tədbirdə deyib.

O bildirib ki, BMT ilə Azərbaycan arasındakı əməkdaşlıq və tərəfdaşlıq yüksək səviyyədədir.

Diplomat qeyd edib ki, 2022-ci ildə Azərbaycan-BMT əlaqələri məhsuldar olub.

“BMT Qarabağ münaqişəsindən sonra da Azərbaycanın  gördüyü işlərə dəstək verir, bu, ərazilərin minalardan təmizlənməsindən tutmuş, təhsil, səhiyyə, məcburi köçkünlərin məşğulluğunun təşviq edilməsi sahələrinə qədər müxtəlif platformaları əhatə edir”, - deyə o əlavə edib.

V.Andreeva, BMT ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycana strateji təkliflər verir:

“Biz Azərbaycana növbəti illərdə də dəstək olmağa davam edəcəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az