12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI

00:04 - 28 Oktyabr 2022

12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI

Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli ,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan iki il keçir.

 

Manset.az xatırladır ki, 2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az