Danışıqlar prosesində elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır - Ceyhun Bayramov

11:23 - 05 Noyabr 2022

Danışıqlar prosesində elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır - Ceyhun Bayramov

“Ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyətli olur”.

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bu ərazidən çıxarılmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu. Digər məsələ minalarla bağlıdır. Mina partlayışları baş verən ərazilərlə bağlı ümumiyyətlə Ermənistan Azərbaycana mina xəritəsi verməyib. Laçında 2021-ci il istehsalı olan minalar aşkarlanıb. Prosesin ləngiməsi istiqamətində addımlar müşahidə edirik, bunun zərərini elə Ermənistan görür”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az