"Putin mənə siyasi baxımdan bitmisən mesajını verdi" - Angela Merker

00:48 - 26 Noyabr 2022

\"Putin mənə siyasi baxımdan bitmisən mesajını verdi\" - Angela Merker

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.

 

Manset.az xəbər verir ki, Merkel Der Spigel jurnalında dərc olunan müsahibəsində Rusiya-Ukrayna müharibəsini qiymətləndirib.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

 

O bildirib ki, 2021-ci ildə Moskvada Rusiya Prezidenti ilə görüşəndə ​​səlahiyyət müddəti bitdiyi üçün Putin ona “Siyasi baxımdan bitmisən” mesajını verib.

Müsahibəsində Merkel o vaxt Ukrayna ilə Rusiya arasında dialoq yaratmaq istədiyini, lakin Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təkbaşına buraxıldığını bildirib:

"Arzulayıram ki, sülh dövrü olsun, çünki Ukrayna məsələsi ilə çox məşğul olmuşam. Amma Minsk razılaşması pozuldu. Makkron və mən Avropa Şurasında Putinlə müstəqil müzakirə formatı aparmaq istəyirdik. İnsanlar buna etiraz etdilər. Özümü müdafiə edə bilmədim, çünki hamı mənim missiyamın payızda bitəcəyini bilirdi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az