Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, yeni vəzifəyə təyin olunan Elçin Zülfüqarov uzun müddət SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi olub.
Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun, Elçin Zülfüqarov isə SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayevin yaxın kadrı olub.