Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna lideri Zelenskini söyüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna prezidenti Zelenskinin ABŞ-a səfəri bütün dünyada olduğu kimi, müharibə şəraitində olan Rusiyada da gündəmə çevrilib.
Mətbuat konfransı keçirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin ABŞ-dakı danışıqlarının Ukrayna və ABŞ-ın sülh istəmədiyini göstərdiyini ifadə edib:
"Zelenski Qərbin *** uşağıdır, ona hər şeyi etməyə icazə verirlər. Bu səfərin məqsədi bəlli idi. Zelenski yenidən maddi və hərbi yardım tələb etmək üçün gedib. Hətta bu maliyyə dəstəyindən faydalanacaq şəxslər də Zelenskini ABŞ-a gətiriblər. Vaşinqtondakı danışıqlar göstərdi ki, nə Ukrayna, nə də ABŞ sülh istəmir. Onlar münaqişənin davam etməsinə tərəfdardırlar”.