Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır

18:18 - 26 Yanvar 2023

Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır.

 

Manset.az xəbər verir ki, bunu Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant Xarici İşlər Komitəsində Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib.

“Biz açıq-aydın bildirmək istəyirik ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün bəyanatlarını dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Beləliklə, Kanada bu sərhədlər çərçivəsində digər qondarma qurumları tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az