Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Manset.az-ın məlumatna görə, Azərbaycan Hüquq Mühafizə orqanlarına daxil olan operativ məlumatlar əsasında bəlli olub ki, əsgər C.Babayev Azərbaycanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazisindədir və o aidiyyatı yerdə saxlanılaraq hüquq-mühafizə orqanlarına təhfil verilib.