Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama yaydı

19:03 - 13 Fevral 2023

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama yaydı

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ bölgəsindən müalicə üçün Azərbaycana gətirilən uşaqlarla bağlı açıqlama yayıb.

 

Səfirlikdən Manset.az-a bildirilib ki, həmin uşaqlar Azərbaycan vətəndaşlarının övladlarıdır.

"Ölkəmizdəki zəlzələ bölgələrindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər dərc olunub. Qeyd edilən xəbərlərdə tam olmayan məlumatlar var. Həmin uşaqlar zəlzələ zonalarından təxliyə edilmiş Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Onlara keçmiş olsun deyir, şəfa diləyirik", - səfirliyin yaydığı məlumatda vurğulayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az