Episentri Kahramanmaraşda olan zəlzələlər səbəbilə Suriyada həyatını itirənlərin sayı artıb.
Manset.az xəbər verir ki, Suriya Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydıqları məlumatda İdlib, Hələb, Hama, Latakiya və Tartusda hiss olunan zəlzələlərdə həyatını itirənlərin sayı 5814-ə yüksəldiyi qeyd olunub.
BMT-nin Baş katibi Antonio Quterreş verdiyi açıqlamada Suriya prezidenti Bəşər Əsədin Türkiyə sərhədindəki Bab Əl Selam və Əl Rae qapılarının və müxaliflərin nəzarətində olan Suriyaya yardım göndərilməsi üçün 3 ay müddətinə açılmasına icazə verdiyini bildirib.
Quterreş bildirib ki, bu keçid məntəqələrinin açılması, daha çox yardımın (Suriyaya) daha sürətli, daha asan giriş və mərkəzlər arasında daha asan gediş-gəlişlə daxil olmasına imkan verəcək.
Jalə
Manşet.az