Azərbaycanın və İsrailin NATO-dakı səfirləri görüşdü

21:15 - 14 Fevral 2023

Azərbaycanın və İsrailin NATO-dakı səfirləri görüşdü

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.

"İsrailin Aİ və NATO-dakı səfiri Haim Regevi Azərbaycanın NATO-dakı Nümayəndəliyində salamlamaqdan çox məmnun oldum. Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə azərbaycanlı diplomat bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az