Ərdoğan Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb

23:35 - 15 Mart 2023

Ərdoğan Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb.

 

Manet.az xəbər verir ki, Türkiyə lideri bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az