Şuşa daha bir şəhərlə qardaşlaşdı

19:40 - 05 Aprel 2023

Şuşa daha bir şəhərlə qardaşlaşdı

Azərbaycanın Şuşa və Tacikistanın İsfara şəhərləri qardaşlaşıb.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Tacikistan Respublikasına dövlət səfərinə gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az