TÜRKSOY-un Bakı və Şuşada iclası keçiriləcək

23:00 - 05 Aprel 2023

TÜRKSOY-un Bakı və Şuşada iclası keçiriləcək

Aprelin 7-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçiriləcək.

 

Manset.az xəbər verir ki, açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək.

2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı, Şuşa şəhərində keçiriləcək iclasın bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az