Müharibədən sonra MN 29 min hektar ərazini minalardan təmizləyib

19:15 - 06 Aprel 2023

Müharibədən sonra MN 29 min hektar ərazini minalardan təmizləyib

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin (MN) mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib.

 

Manset.az xəbər verir ki, bu barədə MN-in təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün təşkil edilən media-turda bildirilib.

Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az