Tiranada Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq

21:38 - 04 May 2023

Tiranada Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq

Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi məsələsi müzakirə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün Tvitter hesabında yazıb.

"İşçi Qrupun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması münasibətlərimizin hərtərəfli inkişafına töhfə verəcək”, - deyə nazir əlavə edib.

P. Şahbazovun sözlərinə görə, İşçi Qrupun ilk iclası siyasi münasibətlərimizin ticari-iqtisadi əməkdaşlıqlarla möhkəmləndirilməsi baxımından məhsuldar oldu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az