Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə GÖRÜŞDÜ

17:30 - 06 May 2023

Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

 

Bu barədə Manset.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə F.Cudanın Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində iştirakı yüksək qiymətləndirilib.

İdmanın inkişafı məqsədilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlərə diqqət çəkilərək Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığı və bu sahədə qazandığı uğurların beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

Eyni zamanda Azərbaycan Minifutbol Federasiyası ilə Dünya Minifutbol Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az