Hacıqabulda ağır qəza - 15 yaşlı qız öldü

21:03 - 12 May 2023

Hacıqabulda ağır qəza - 15 yaşlı qız öldü

Hacıqabulda yol qəzası baş verib. Hadisə nəticəsində sürücü xəsarət alıb, övladı isə ölüb.

 

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu Pirsaat kəndindən keçən hissəsində baş verib.

Bakı sakini 40 yaşlı Vəfa Əliyevanın idarə etdiyi "Hyundai" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü V.Əliyevanın 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və yaralı halda Şirvan xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az