Murad Musayevdən “Beşiktaş”la oyun barədə AÇIQLAMA

20:57 - 13 May 2023

Murad Musayevdən “Beşiktaş”la oyun barədə AÇIQLAMA

Beşiktaş”la oyun, bəlkə də, Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın Türkiyədəki zəlzələdən zərər görmüş şəxslərə dəstək məqsədi ilə təşkil olunduğunu xatırladıb: “Bu gün yaxşı oyun alındı. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda açıq futbol sərgilədi. Futbolçularımız rəqibin Cenk Tosun və Vensan Abubakar kimi oyunçularından çəkinmədilər. Bu da xoşuma gəldi. Avrokuboklarda da belə mübarizə aparmağa çalışacağıq".

Musayev "Qarabağ"ın bu gün çempion olacağı təqdirdə, əhval-ruhiyyəsinin korlanmayacağını sözlərinə əlavə edib: "Klubu və Qurban Qurbanovu təbrik edəcəyəm. Onlar buna layiqdirlər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az