İsrail Prezidenti Bakıya gəldi - YENİLƏNDİ (FOTOLAR)

10:48 - 30 May 2023

İsrail Prezidenti Bakıya gəldi - YENİLƏNDİ (FOTOLAR)

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana işgüzar səfərə yola düşüb.

Manset.az xəbər verir ki, bu barədə məlumatı İshaq Hersoq öz tviter hesabında paylaşıb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə görə təşəkkür edib.

***

İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az