Bakıda özünü binadan atmaq istəyən qadın xilas edildi - VİDEO

14:55 - 11 İyun 2023

Bakıda özünü binadan atmaq istəyən qadın xilas edildi - VİDEO

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində 1 nəfər qadın 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, günorta saatlarında bunu görən qonşular dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedici vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaq üçün xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 5-ci mərtəbədə yerləşən qonşu mənzilin eyvanına enib.

Eyni zamanda binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən astaca mənzilə daxil olaraq əlverişli şəraitdən istifadə edərək anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az