“Barbie” filmi daha bir ölkədə qadağan edildi

00:04 - 16 Avqust 2023

“Barbie” filmi daha bir ölkədə qadağan edildi

Bu ilin ikinci ən çox gəlir əldə edən filmi halına gələn və bütün dünyada gündəmdən düşməyən “Barbie” filminə qadağa qoyan ölkələrin sayı artmaqdadır.

 

Manset.az Haber Global-a  istinadən məlumat verir ki, film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.

İlk olaraq Vyetnam filmi qadağan edib.  Daha sonra film  Livan və Küveytdən sonra Əlcəzairdə də qadağan edilib.

Barbie filmi Əlcəzairdə yayımlandıqdan sonra üç həftə sonra "homoseksuallığı təbliğ etdiyi" və "dini və mədəni inanclara uyğun gəlmədiyi" səbəbiylə ekrandan silinib.

Əlcəzair mətbuatında çıxan xəbərlərdə filmin nümayiş olunduğu günlərdə biletlərin tükəndiyi qeyd edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az