Azərbaycan XİN Tacikistana başsağlığı verdi

12:51 - 28 Avqust 2023

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatının yaşanması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, Tacikistanın Vəhdət şəhəri və Rudəki bölgəsində bazar günü yağan güclü yağış və torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az