“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməyə yönəlmiş bir anlaşmadır. Bu anlaşmanın tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.
Bunu Manset.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.