Marqarita Simonyandan paylaşım: "Qarabağ, bitdi" - FOTO

14:47 - 20 Sentyabr 2023

Marqarita Simonyandan paylaşım: \"Qarabağ, bitdi\" - FOTO

"Qarabağ, bitdi".

Manset.az  xəbər verir ki, bunu erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan "X" sosial platformasında etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az