Ermənistan Zəngəzur dəhlizinin açılmasına problem yaradır

18:34 - 20 Sentyabr 2023

Ermənistan Zəngəzur dəhlizinin açılmasına problem yaradır

Son dövrlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb.

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi:

“Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az